Şriftin ölçüsü :
Saytın rəngi :
Sentyabrın 13-də Xətai rayonu ərazisində Orxan Yusiflinin baş nahiyəsinə daşla zərbə vurularaq xəsarət yetirilməsi və aldığı xəsarətdən 15 sentyabr 2020-ci il tarixdə xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Aparılmış araşdırmalarla hadisənin Kamran Ələsgərov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Orxan Yusiflinin baş nahiyəsinə daşla zərbə vurularaq törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, müvafiq ekspertizalar təyin edilmişdir.
Kamran Ələsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı