Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri vətəndaşların suallarını cavablandırıb.

10.09.2020

Xəbər verildiyi kimi, prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onu məmnun edən tədbirlər daim diqqət mərkəzində saxlanılır. 

Vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət sferaları ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması həyata keçirilir. 

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə “İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror təsir tədbirləri nədən ibarətdir?”, “İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokurorun protest vermək hüququ varmı?”, “İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokurora şikayət verilə bilərmi?” suallarını cavablandırmışdır. 
Təqdim olunmuş videonu Baş Prokurorluğun sosial şəbəkələrdə olan səhifələrindən, həmçinin veb-saytından izləyə bilərsiniz.

 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.