Şriftin ölçüsü :

Saytın rəngi :

Mətbuat xidmətinin MƏLUMATI

03.09.2020

Cari ilin 02 sentyabr tarixində ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Ofisinin təşkilatçılığı ilə “Mərkəzi və Şərqi Avropada prokurorların funksional müstəqilliyi” mövzusunda Avropa Prokurorlarının Məşvərət Şurası Beynəlxalq Prokurorlar Assosiasiyası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Avropa hakimləri demokratiya və azadlıq naminə Assosiasiyasının ekspertlərinin, eləcə də qeyd edilən regiona aid ölkələrin prokurorluq orqanlarının nümayəndələrinin iştirakı ilə vebinar keçirilmişdir. 
Vebinarda prokurorların funksional müstəqilliyi sahəsində beynəlxalq standartlar və təcrübələr, prokurorların fəaliyyətində müstəqilliyin təmin edilməsi üzrə təkliflər, Covid-19 pandemiyasının prokurorların işinə, xüsusən də bu şəraitdə  əsas insan hüquq və azadlıqlarının qorunması, qanunun aliliyi prinsipinə riayət olunması, cinayət qanunvericiliyində xüsusi karantin rejiminin pozulması ilə bağlı dəyişikliklər və digər aktual mövzularda müzakirələr aparılmışdır.
Tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Arzu Zeynalabdiyeva iştirak edərək ölkəmizin bu sahədə təcrübəsi barədə iştirakçılara ətraflı məlumat vermiş, onların çoxsaylı suallarını cavablandırmışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.