Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayon prokurorluğunun MƏLUMATI

02.09.2020

30 avqust 2020-ci il tarixdə saat 15 radələrində Hacıqabul rayon sakini Cavad Ataşovun bıçaqlanaraq xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı Abuzər Şükürlünün şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Cavad Ataşovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Abuzər Şükürlü şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.