Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayon prokurorluğunun MƏLUMATI

27.08.2020

Avqustun 27-i saat 11 radələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 6 saylı xüsusi təyinatlı yol  idarəsi tərəfindən Bakı-Rostov avtomobil yolunun 60-cı kilometrliyində tikililərə betonvuran pompa ilə beton tökərkən borunun partlaması nəticəsində fəhlə işləyən 1967-ci il təvəllüdlü Sumqayıt şəhər sakini İlqar Bəylərov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri səbəbindən müalicə olunduğu xəstəxanada ölmüşdür. 
Fakta görə Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmışdır.
Hadisə yeri prokuror-kriminalistin iştirakı ilə müayinə edilmiş, hadisənin şahidləri müəyyən edilərək dindirilmiş, o cümlədən digər təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. 
İş üzrə məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin edilmişdir. 
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.