Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokuror Kamran Əliyevin 26 avqust 2020-ci il tarixli əmri ilə prokurorluq əməkdaşı rütbədən məhrum edilməklə orqandan xaric edilib.

26.08.2020

Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi Həsənov Əsgər Novruz oğlunun prokurorluq işçisinin adına yaraşmayan hərəkətlərə yol verməsi ilə bağlı informasiyalar paylaşılmışdır.Bununla bağlı Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsi tərəfindən müvafiq yoxlama aparılmışdır.
Toplanmış materiallar Baş Prokurorluğun “İşin Təşkili Qaydaları” əsasında yeni yaradılmış İntizam Komissiyasına təqdim olunmuşdur. 
İntizam Komissiyasında xidməti yoxlama materiallarına baxılaraq Əsgər Həsənovun “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin tələblərini pozaraq prokurorluq orqanlarında formalaşdırılmış nizam-intizam qaydalarının tələblərinə riayət etməməsi, o cümlədən eyni xarakterli pozuntularla əlaqədar Baş Prokurorluq üzrə əvvəllər verilmiş müvafiq əmrlərdən nəticə çıxarmaması müəyyən edildiyindən onun intizam məsuliyyətinə cəlb olunması ilə bağlı Baş prokurora təqdimatla müraciət olunmuşdur. 
Baş Prokuror Kamran Əliyevin 26 avqust 2020-ci il tarixli əmri ilə Əsgər Həsənov rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric edilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.