Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon prokurorluğunun MƏLUMATI

21.08.2020

22 yanvar 2020-ci il tarixdə paytaxtın Xətai rayonu ərazisində Zümrüd Niftəliyevaya bıçaqla xəsarət yetirilməsi nəticəsində qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə)  maddələri ilə Xətai rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılmışdır.

İstintaqla zərərçəkmiş şəxsin tanışı Bəhruz Abdullayevin qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı soyuq silah hesab edilən bıçaqla çoxsaylı zərbələr vuraraq Zümrüd Niftəliyevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.