Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayon prokurorluğunun MƏLUMATI

17.08.2020

04 may 2020-ci il tarixdə Şəmkir rayonu Dəllər-Cırdaxan kənd sakini Asif Muradova odlu silahdan atəş açılması nəticəsində qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə Şəmkir rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılmışdır.

İstintaqla zərərçəkmişin həmkəndlisi Famil Muradovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı  odlu silahdan atəş açaraq Asif Muradovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

13 avqust 2020-ci il tarixdə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.