Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayonu ərazisində qətl törətmiş şəxs tutulmuşdur

15.05.2020

Zaqatala rayonu ərazisində qətl törətmiş şəxs tutulmuşdur

Mayın 14-də saat 19 radələrində 2002-ci il təvəllüdlü Zaqatala rayonu Mosul kənd sakini İlyas İlyasovun bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmişdir.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin 2003-cü il təvəllüdlü rayon sakini Əliməmməd Əliməmmədov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Ə.Əliməmmədov müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti  etiraf etmiş və səmimi peşman olmasını bildirmişdir.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.