Şriftin ölçüsü :
Saytın rəngi :
Gəncə şəhər prokurorluğunun M Ə L U M A T I
İyunun 21-də saat 22 radələrində Gəncə şəhər sakini 1968-ci il təvəllüdlü Fuad Qurbanovun ölməsi barədə məlumat daxil olmuşdur.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, izahatlar alınmış və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
İlkin araşdırmalarla müəyyən edilmişdir ki, Fuad Qurbanov yaşadığı evdə təmir-tikinti işləri apararkən beton plitənin üzərinə düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri almış, aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölmüşdür.
Hazırda faktla bağlı şəhər prokurorluğunda araşdırmalar davam etdirilir.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı