Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayon prokuroruğunun MƏLUMATI

18.07.2020

Tovuz rayon prokuroruğunun MƏLUMATI

İyulun 17-də saat 20:30 radələrində Tovuz rayonu, Yuxarı Öysüzlü kənd sakini Mahmud Əsgərovun qətlə yetirilməsi barədə məlumat daxil olmuşdur.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmişdir.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

İstintaqla hadisənin zərərçəkmişin qohumu həmin kənd sakini Vüqar Səfərov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

 Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.