Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon prokurorluğunun M Ə L U M A T I

06.08.2020

Goranboy rayon prokurorluğunun M Ə L U M A T I

Avqustun  5-də saat 23 radələrində Goranboy  rayonu, Goran qəsəbə sakini, 1983-cü il təvəllüdlü Gülbuta İmanovanın odlu silahdan atəş açılması nəticəsində öldürülməsinə dair məlumat daxil olmuşdur.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Araşdırmalarla cinayətin 1986-cı il təvəllüdlü Qərib Zamanov tərəfindən zərərçəkmiş şəxslə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açarılaraq törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

Qərib Zamanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.