Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon prokurorluğunun M Ə L U M A T I

06.08.2020

Goranboy rayon prokurorluğunun M Ə L U M A T I

Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkədə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.

Belə ki, Goranboy rayon prokurorluğuna Naftalan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asəf Cabbarovun koronavirus infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin Qərarına zidd olaraq xüsusi karantın rejimində sərbəst hərəkət etmələri üçün müxtəlif şəxslərə arayışlar verməsi barədə məlumat daxil olmuşdur.

Araşdırmalarla Asəf Cabbarovun xidməti vəzifə səlahiyyətlərindən  istifadə edərək  ayrı-ayrı şəxslərə karantin postlarında yoxlamalar zamanı təqdim etmələri və şəhər ərazisində rahat hərəkət edərək iş fəaliyyətləri ilə məşğul olmaları üçün 100 ədəd saxta arayış tərtib edərək verməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci  (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanmış, Asəf Cabbarov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə  ittiham elan edilmiş və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir.

04 avqust 2020-ci il tarixdə cinayət işinin ibtidai istintaqı tamamlanaraq aiddiyyəti üzrə baxılması üçün Naftalan şəhər məhkəməsinə göndərilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.