Şriftin ölçüsü :
Saytın rəngi :
Valideyn diqqətsizliyi və səhlənkarlığı ucbatından iyulun 19-da saat 12 radələrində paytaxtın Qaradağ rayonunda 2015-ci il təvəllüdlü Quliyeva Aytac Eşqin qızının yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Ailə faciəsinə səbəb olan belə bədbəxt hadisələrin təkrarlanmaması üçün valideynlərə azyaşlı övladlarına qarşı daha diqqətli və məsuliyyətli olmaları tövsiyə edilir.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı