Şriftin ölçüsü :
Saytın rəngi :
Paytaxtın hüquq mühafizə orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisində törədilmiş quldurluq cinayətinin üstü açılmışdır.
Belə ki, 15 mart 2017-ci il tarixdə saat 01 radələrində Xətai rayonu ərazisində yerləşən “Ailə” şirkətinin inzibati binasına naməlum şəxslərin daxil olaraq gözətçi Hüseyn Dünyamalıyevə bıçaqla hədə-qorxu gəlib seyfdə olan 3600 manat məbləğində pulu quldurluq yolu ilə ələ keçirib hadisə yerindən qaçmaları faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci (quldurluq) maddələri ilə cinayət işi başlanmışdır.
Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən üç nəfərdən biri, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Süleymanov Kamran Sahib oğlu martın 21-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı