Şriftin ölçüsü :

Saytın rəngi :

“Femida-007” qəzetinin baş redaktoruna xəbərdarlıq edilmişdir

14.04.2016

“Femida.az” internet saytının adından və elektron poçt ünvanından sui-istifadə etməsi ilə bağlı “Femida-007” qəzeti barəsində qanunamüvafiq tədbir görülməsinə dair həmin saytdan daxil olmuş müraciət Baş Prokurorluqda araşdırılmışdır.

 

Araşdırmalar nəticəsində “Femida-007” qəzetinin rəhbərliyi tərəfindən “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edildiyindən qəzetin baş redaktoru Əyyub Kərimov Baş Prokurorluğa dəvət edilərək ona “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə müvafiq qaydada yol verdiyi qanun pozuntusunun aradan qaldırılmayacağı təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbir görüləcəyi barədə rəsmi xəbərdarlıq edilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.