Şriftin ölçüsü :

Saytın rəngi :

Cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir

03.02.2015

"Aqrolizinq” ASC-nin Ağstafa və Tovuz “Aqroservis” filiallarının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşmışdır.

İstintaq zamanı Musa Muradovun 2007-2014-cü illərdə cəmiyyətin Ağstafa və Tovuz filiallarının müdiri vəzifəsində işləyərkən qulluq mövqeyindən sui-istifadə etməklə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmə yolu ilə cəmiyyətə məxsus 50 min 458 manat dəyərində əmlakı mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir.

İstintaq zamanı vurulmuş ziyanın tam məbləğdə ödətdirilməsi təmin edilmişdir.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.