Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhəri, Salyan, Hacıqabul, Sabirabad və Saatlı rayonlarında yaşayan vətəndaşların nəzərinə

03.11.2014

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il noyabrın 14-də saat 11:00-da Salyan rayon prokurorluğunun inzibati binasında Şirvan şəhəri, Salyan, Hacıqabul, Sabirabad vəSaatlı rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Salyan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.