Şriftin ölçüsü :
Saytın rəngi :
13-15 oktyabr 2014-cü il tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində BMT-nin Korrupsiyaya qarşı mübarizə üzrə Konvensiyasına Tərəf Dövlətlərin Konfransının İcraya Nəzarət Qrupunun 5-ci sessiyasının davamı keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Prokurorluğunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin şöbə prokurorları Əmir Ocaqverdiyev və Heydər Məmmədov təmsil etmişlər.
Sessiya zamanı BMT-nin Korrupsiya əleyhinə Konvensiyası icmal prosesi çərçivəsində yaranan çətinliklər və müsbət təcrübələr barədə fikir mübadiləsi aparılmış, üzv dövlətlərin texniki yardım ehtiyacları müəyyənləşdirilmiş, Konvensiyanın icrasına nəzarət mexanizminin təkmilləşdirilməsi, habelə maliyyə və büdcələşmə məsələləri müzakirə edilmişdir.
Tədbirdə iştirak edən Əmir Ocaqverdiyev və Heydər Məmmədov sessiya iştirakçılarına Konvensiyanın tətbiqi ilə əlaqədar son dövrlərdə ölkəmizdə aparılan mütərəqqi islahatlar barədə məlumat verərək onları maraqlandıran sualları cavablandırmışdırl
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı