Şriftin ölçüsü :
Saytın rəngi :
Lənkəran Dövlət Humanitar Kollecinə qanunsuz tələbə qəbulu ilə əlaqədar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.
“Tələbə-Məzun” dövlət elektron sisteminin monitorinqi zamanı 2012-2013 və 2013-2014-cü tədris illəri üzrə keçirilmiş qəbul imtahanlarında iştirak etmiş, lakin keçid balı toplaya bilməyən 69 abituriyentin TQDK-nın bəzi əmrlərinin saxtalaşdırılaraq kollecə qəbul edilməsində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı