Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov iyulun 1-də “Korrupsiyaya qarşı mübarizə: Beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda Bakıda keçirilən yüksək səviyyəli beynəlxalq konfrans çərçivəsində Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) dekanı və icraçı katibi Martin Kreutner və IACA-nın xarici əlaqələr və protokol şöbəsinin müdiri Ernest Şmidt ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə IACA arasındakı əlaqələrin yüksək səviyyədə olduğu bildirilmiş, qarşılıqlı münasibətlərin bundan sonra da möhkəmləndirilməsi üçün səylərin artırılacağı diqqətə çatdırılmışdır.
Korrupsiyaya qarşı mübarizə mövzusunda beynəlxalq Bakı konfransının əlaqələrin genişləndirilməsinə, korrupsiyaya qarşı birgə mübarizə işinin daha səmərəli təşkilinə töhfə verəcəyinə əminlik ifadə olunmuşdur.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı