Şriftin ölçüsü :
Saytın rəngi :
Mayın 23-də saat 13:00 radələrində Qobustan rayonunda fəaliyyət göstərən “Hər Fəsil” istirahət mərkəzində Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Əzizova Aytən Faiq qızı idarə etdiyi elektromobili ehtiyatsızlıqdan aşırması nəticəsində özü, “Bakı Oksford Məktəbi”nin şagirdləri - 2003-cü il təvəllüdlü Muxtarova Dinara Mahir qızı və digər həmyaşıdları - Hacızadə Ayla Rövşən qızı və Qorçu Dəniz Tərlan qızı müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat etmiş, D.Muxtarova və A.Hacızadə isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişlər. Hazırda onların səhhəti normaldır.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsısızlıqdan adam öldürmə) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanmışdır. İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilmişdir.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı