Şriftin ölçüsü :

Saytın rəngi :

Kollecin direktor müavini barəsində olan cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir

10.02.2014

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktor müavini Ələmdar Əliyevin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşmışdır.

Aparılmış istintaqla Ə.Əliyevin aldatma yolu ilə Ağcabədi rayon sakinlərindən onları və ya övladlarını kollecə qəbul etdirəcəyi adı altında illik təhsil haqqı, imtahanlar və diplom üçün ümumilikdə 7 min 500 manat məbləğində vəsaiti ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan o, iş üzrə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü (dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.