Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikası Baş Prokurorluğunun kollektivi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Bərdə rayonunda məskunlaşmış 704 ailədən ibarət 2800 məcburi köçkünə 17 min 80 kiloqramlıq - 22 min 400 manat məbləğində ərzaq yardımı göstərmişlər.
Baş Prokurorluğun məsul işçiləri və 24 rayon prokurorluğunun əməkdaşları Bərdə şəhərindəki Meşəçilik İnstitutu ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüş, onların məişət şəraiti və problemləri ilə tanış olmuşlar.
Görüşdə Baş Prokurorluğun idarə rəisinin müavini Qabil Qasımov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, habelə qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətimizin başçısının apardığı siyasət barədə məlumat vermişdir. Əminliklə vurğulanmışdır ki, Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət Dağlıq Qarabağ münaqişəsinin xalqımızın mənafeyinə uyğun həll olunması, işğal altındakı torpaqlarımızın azad edilməsi ilə nəticələnəcəkdir.
Göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirən məcburi köçkünlər işğal altındakı ərazilərimizin azad edilməsi, ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində Prezident İlham Əliyevin siyasətini dəstəklədiklərini vurğulamışlar.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı