Şriftin ölçüsü :

Saytın rəngi :

“Delta Qrup C.O.” MMC-də yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanmışdır

13.11.2013

“Delta Qrup C.O.” MMC-də yol verilmiş qanun pozuntuları barədə həmin cəmiyyətdən daxil olmuş materiallar Baş prokuror  yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmışdır.

Araşdırmalar zamanı cəmiyyətin Daxili Audit Departamentinin təftişçisi Səməd Cəbrayılovun həmin vəzifədə işlədiyi müddətdə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq maddi məsuliyyətinə verilmiş malların satışından əldə edilən 17 min 212 manat məbləğində vəsaiti mənimsəyərək cəmiyyətə külli miqdarda ziyan vurmasında əsaslı şübhələr olduğundan barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.1.-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.