Şriftin ölçüsü :
Saytın rəngi :
Sentyabrın 17-də Baş prokuror Zakir Qaralov Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Dubay Məhkəmələri Departamentinin Baş direktoru dr.Əhməd Səid Bin Həzimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Qonaqları səmimi salamlayan Baş prokuror Zakir Qaralov xalqlarımız arasında formalaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənməklə dərinləşən ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edərək ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Prezident cənab İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının, o cümlədən prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında müasirləşmə prosesinin davam etdirilməsi və köklü islahatların aparılması barədə ətraflı məlumat vermişdir.
Görüşdə BƏƏ Dubay Məhkəmələri Departamenti Baş direktoru dr. Əhməd Səid Bin Həzim göstərilən yüksək qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirmiş, ölkəmizin məhkəmə, habelə prokurorluq orqanları ilə sıx əməkdaşlıq əlaqələrinin yaradılmasında böyük maraqlarının olmasını diqqətə çatdırmışdır. Azərbaycan və BƏƏ arasında əlaqələrin sıx olduğunu bildirən qonaq respublikamızın çox qısa zamanda yüksək nailiyyətlər əldə etməsini xüsusi qeyd edərək, məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir.
Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış və iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilmişdir.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı