Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlıq genişlənir

15.07.2013

İyulun 10-11-də Beynəlxalq Antikorrupsiya Akademiyasında (İACA) dünyanın korrupsiyaya qarşı mübarizə sahəsində aparıcı mütəxəssislərindən hesab olunan Robert Klitqaardın bu sahədə təcrübəsinə dair seminar keçirilmişdir. 

Almaniya, Fransa, Rusiya, Avstriya, Braziliya, Polşa, İndoneziya və digər ölkələrin korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış hüquq mühafizə və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan Prokurorluğunu Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin prokuroru Sahib İsmayılov təmsil etmişdir. 

Seminarda korrupsiyaya qarşı mübarizə sahəsində nailiyyətlər əldə etmiş ölkələrin qabaqcıl təcrübəsi, bu istiqamətdə elektron-informasiya texnologiyalarından istifadənin labüdlüyü, nağdsız pul əməliyyatlarının daha geniş tətbiqi, vətəndaş-məmur təmasının minimuma endirilməsi üsulları müzakirə olunmuşdur. 
Tədbir iştirakçılarına paylanmış Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş tədbirləri, əldə edilmiş nailiyyətləri özündə əks etdirən bukletlər böyük maraqla qarşılanmışdır. 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.