Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşın külli miqdarda pulunu mənimsəmiş şəxs barəsində cinayət işi başlanmışdır

19.06.2013

Bakı şəhər sakininin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin 6 saylı Yaşıllaşdırma İdarəsinin sabiq rəisi Vəkil İsgəndərovun qanunsuz hərəkətlərinə dair müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmışdır. 

Müəyyən edilmişdir ki, V.İsgəndərov müraciət müəllifinin etibarından sui-istifadə edərək onu mövcud olmayan 9 saylı Yaşıllaşdırma İdarəsinin rəisi vəzifəsinə təyin etdirəcəyi adı ilə 29.0 min manat məbləğində pul vəsaitini ələ keçirmiş və ona həmin vəzifəyə təyin olunması haqqında saxta əmrdən çıxarış təqdim etmişdir. 

Fakta görə Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır. 

Hazırda iş üzrə istintaq davam etdirilir. 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.