Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"yə müvafiq olaraq prokurorluq orqanlarına işə qəbulla əlaqədar 31 may 2012-ci il tarixdə elan olunmuş müsabiqəyə yekun vurulmuşdur.
Müsabiqənin üçüncü mərhələsi olan müsahibəyə buraxılmış 51 namizədin hazırlıq səviyyəsi, dünyagörüşü, məntiqi düşünmə qabiliyyəti və prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərinin yoxlanılması nəticəsində 47 gənc hüquqşünas "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi Qaydaları" ilə müəyyənləşdirilmiş keçid balını toplamışdır.
2002-ci ildən başlamaqla mütəmadi olaraq keçirilən və sayca 11-ci olan bu müsabiqənin nəticələrinə görə gənc hüquqşünasların prokurorluq orqanlarında qulluğa qəbul olunması respublikamızda reallaşdırılan dövlət gənclər siyasətinin, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən daha səmərəli istifadə olunması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbər göstərişlərinin icrası istiqamətində uğurla həyata keçirilən mühüm tədbirlərdən biri olmuşdur. Builki nəticələr də nəzərə alınmaqla tam şəffaf prosedurlar əsasında keçirilmiş müsabiqələr nəticəsində prokurorluq orqanlarında qulluğa qəbul edilən 546 gənc hüquqşünas hazırda Azərbaycan Respublikası Prokurorluğunun kadr korpusunun 52 faizini təşkil edir. Əvvəlki müsabiqələrin yekunlarına görə işə qəbul edilmiş gənclər səmərəli fəaliyyət göstərməklə, onların bir çoxu rəhbər və yuxarı təsnifatlar üzrə müvafiq vəzifələrə irəli çəkilmişlər.
Prokurorluq orqanlarında qulluğa qəbul olunmaq üçün namizədlər 8 yanvar 2013-cü ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant vəzifələrə stajor qismində təyin ediləcəklər.
Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun veb-saytında (www.genprosecutor.gov.az,www.prokurorluq.gov.az) və "Qəbul otağı"nda yerləşdirilmişdir.
Prokurorluğa işə qəbulla bağlı elan olunmuş müsabiqənin müsahibə mərhələsində müvəffəqiyyət qazanmış namizədlərin
S i y a h ı s ı
|
№ |
Namizədin soyadı,adı,atasının adı |
|
1. |
Abbasov Elvin Əliqulu oğlu |
|
2. |
Abbasov Hilal Mehti oğlu |
|
3. |
Abdullayev İlkin Qismət oğlu |
|
4. |
Ağarəhimov Pərvin Mübariz oğlu |
|
5. |
Babayev Xanlar Çingiz oğlu |
|
6. |
Bayramov Yasin Rasim oğlu |
|
7. |
Cabbarov İsgəndər Məmməd oğlu |
|
8. |
Cəbrayılov Elşad Vaqif oğlu |
|
9. |
Dadaşov Fərid Zəmani oğlu |
|
10. |
Əfəndiyev Zaur Abdulməcidoviç |
|
11. |
Əhmədova Aytəkin Teymur qızı |
|
12. |
Ələkbərov Anar Akif oğlu |
|
13. |
Əliyev Namiq Qadir oğlu |
|
14. |
Firəliyev Vidadi Vaqif oğlu |
|
15. |
Hacıqayıbov Amirxan Nadir oğlu |
|
16. |
Hacıyev Orxan Sərvan oğlu |
|
17. |
Hacıyev Ziya Əli oğlu |
|
18. |
Həsənov Kamran Asəf oğlu |
|
19. |
Həsənova Təhminə Hüseyn qızı |
|
20. |
Hüseynov Elvin Hüseyn oğlu |
|
21. |
İlyasbəyli Abbas Bəhmən oğlu |
|
22. |
İsgəndərov Əsgər Akif oğlu |
|
23. |
Kələntərov Şahəddin Əhməd oğlu |
|
24. |
Kərimov Qibləli Ağa oğlu |
|
25. |
Qarayev Teymur Fəxrəddin oğlu |
|
26. |
Qasımov Rəfael Əvəz oğlu |
|
27. |
Qasımov Rüstəm Sabir oğlu |
|
28. |
Qazıyev Fərid Aruz oğlu |
|
29. |
Quliyev Faiq Çingiz oğlu |
|
30. |
Mahmudov İlkin Xalid oğlu |
|
31. |
Mansurov Kərəm İsa oğlu |
|
32. |
Məhərrəmov Kənan Adil oğlu |
|
33. |
Məhərrəmov Tural Əbülfət oğlu |
|
34. |
Məhərrəmov Vüqar Sarvan oğlu |
|
35. |
Məmmədov Anar Azad oğlu |
|
36. |
Məmmədov Fariz Rais oğlu |
|
37. |
Məmmədov Xaliq Musa oğlu |
|
38. |
Məmmədov Məmməd Arif oğlu |
|
39. |
Məmmədov Tural Şahin oğlu |
|
40. |
Məmmədov Vasif Qulu oğlu |
|
41. |
Nəcəfov Samir Vəliyəddin oğlu |
|
42. |
Rəhimov Müşfiq Rəhim oğlu |
|
43. |
Rüstəmov Elnur Rəşid oğlu |
|
44. |
Sadıqov Elçin Natiq oğlu |
|
45. |
Səfərov Əli Məmməd oğlu |
|
46. |
Səmədov Orxan Emin oğlu |
|
47. |
Vəliyev Füzuli Aqil oğlu
|
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı