Şriftin ölçüsü :

Saytın rəngi :

Vəzifə səlahiyyətlərindən sui-istifadə edən bələdiyyə sədri barəsində cinayət işi başlanmışdır

07.12.2012

 Qusar rayonu, Mucuq kənd bələdiyyəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş materiallar araşdırılmışdır.

     Müəyyən edilmişdir ki, bələdiyyə sədri İsayev Qədim Talıb oğlu bələdiyyə iclasının qərarı olmadan və qanunvericiliklə alqı-satqısı qadağan edilmiş 8,64 ha örüş torpağını 4.893 manata satmışdır.

     Bundan başqa 2010-2011-ci illərdə 4.229 manat məbləğində bələdiyyə vəsaiti qanunvericiliyə zidd olaraq təyinatı üzrə xərclənməmiş, habelə bələdiyyə ərazisində 1.440 manat məbləğində görülmüş təmir-tikinti və abadlıq işlərinin qəbulu aktlarına həmin işlərin aparılmasını təsdiq edən sənədlər əlavə olunmamışdır.

     Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmış, istintaq aparılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.