Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikası Baş Prokurorluğu rayon (şəhər) prokurorluqlarının inzibati binalarının tikintisinin və layihələndirilməsinin satın alınması iləəlaqədar açıq tender elan edir.
Tender 6 (altı) lot üzrə keçirilir:
Lot - 1. Səbail rayon prokurorluğunun inzibati binasının tikintisinin satın alınması;
Lot - 2. Xızı rayon prokurorluğunun inzibati binasının tikintisinin satın alınması;
Lot - 3. Sumqayıt şəhər prokurorluğunun inzibati binasının tikintisinin layihələndirilməsinin satın alınması;
Lot - 4. Cəlilabad rayon prokurorluğunun inzibati binasının tikintisinin layihələndirilməsinin satın alınması;
Lot - 5. Lənkəran rayon prokurorluğunun inzibati binasının tikintisinin layihələndirilməsinin satın alınması;
Lot - 6. Salyan rayon prokurorluğunun inzibati binasının tikintisinin layihələndirilməsinin satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz yazılı tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlanmış zərfdə təqdim etsinlər.İş və xidmətlərin göstərilməsi müddəti - bir il ərzində.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: səmərəli tender təklifinə, yüksək keyfiyyətə, müqavilənin vaxtında yerinə yetirilməsi, iddiaçının maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər 1-ci lot üzrə 1000 manat, digər lotlara görə 500 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra, Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi-7 ünvanından (Əlaqələndirici şəxs:Atakişiyev Atif Səyyadoviç, telefon:492-98-94, 492-59-75) ala bilərlər.
Təşkilat: MN DXA-nin 1 saylı Xəzinədarlıq departamenti
H/h:33205019449328518204 VÖEN: 1700986181
Bank: Azərbaycan Beynəlxalq Bankı Mərkəzi filialı
Kodu: 805722 VÖEN: 9900001881
M/h: 0137010002944 S.W.I.F.T: İBAZ.AZ.2X
(Azərbaycan Respublikası Baş Prokurorluğu; VÖEN 1700354471)
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müracət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin dəyərinin 2 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır).
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin yerinə yetirilməsi, vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqandan arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- müvafiq lisenziya;
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Şəhər və rayon prokurorluqlarının inzibati binalarının tikintisinin layihələndirilməsinin satınalınması üzrə tenderdə iştirak etmək istəyən hüquqi şəxslər tender təklifi ilə birgə binanın eskiz layihəsini də təqdim etməlidirlər.
Tender proseduru «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 24 dekabr 2012-ci il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 28 dekabr 2012-ci il saat 17.00-a qədər, Azərbaycan Respublikasının Baş Prokurorluğuna (ünvan: Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi-7) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 7 yanvar 2013-cü il tarixdə, saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı