Şriftin ölçüsü :

Saytın rəngi :

Kredit təşkilatının vəzifəli şəxslərinin qanunazidd əməlləri ifşa edilmişdir

19.10.2011

"KredAqro" bank olmayan kredit təşkilatının Şəki filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş materiallar araşdırılmışdır.

Müəyyən edilmişdir ki, filialın sabiq müdiri Nəsimi Əliyev və filialın bəzi əməkdaşları tərəfindən 2010-cu ilin yanvar ayından 2012-ci ilin aprel ayınadək olan dövr ərzində ciddi qanun pozuntularına yol verilərək ayrı-ayrı vətəndaşların adlarına saxta sənədlər əsasında qanunsuz olaraq kreditlər verilmişdir.

"KredAqro" bank olmayan kredit təşkilatının Şəki filialının vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.