Şriftin ölçüsü :

Saytın rəngi :

Lerik rayonunun Vizəzəmin bələdiyyəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanmışdır

18.10.2012

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılmış araşdırmalarla Lerik rayonunun Vizəzəmin bələdiyyəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilmişdir.

Belə ki, Vizəzəmin bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən meşə fonduna aid 7 hektar 58 sot torpaq sahəsi istirahət zonası yaratmaq, ev tikmək və sair məqsədlərlə qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara paylanılmışdır. Bundan başqa 1.0 hektar meşə massivinin bələdiyyənin ərazisinə aid olması barədə qanunsuz qərar verilməklə həmin torpaq sahəsi hərraca çıxarılmışdır. İstifadəyə verilmiş sahələrdə torpağın qazılaraq götürülməsi nəticəsində meşə fonduna 27 min 27 manat, torpağın üst münbit qatının götürülməsi nəticəsində 64 min 350 manat, ümumilikdə isə 91 min 377 manat məbləğində ziyan vurulmuşdur.

Lerik rayonunun Vizəzəmin bələdiyyəsinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.