Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayon Mədəniyyət və Turizm şöbəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanmışdır

17.10.2012

Qazax rayon Mədəniyyət və Turizm şöbəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Maliyyə Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmışdır.

Müəyyən edilmişdir ki, Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi üzərində nəzarəti təmin etmək məqsədi ilə Qazax rayon Mədəniyyət və Turizm şöbəsində 2008-2012-ci illəri əhatə edən dövrdə dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsi vəziyyəti yoxlanılarkən müəyyən olunmuş normadan artıq ştat vahidlərinin saxlanıldığı, işçilərin əmək haqlarının aylıq ödəniş dərəcələrinin düzgün müəyyənləşdirilmədiyi, istifadə olunmamış məzuniyyətə görə hesablanmış kompensasiyaların işçilərə tam verilmədiyi halda onun tam ödənilməsinin sənədləşdirildiyi, həmçinin aparılan inventarlaşmalar zamanı çatışmamazlıqların olduğu aşkar olunmuşdur.

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində şöbənin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.