Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayon prokuroru Mirələkbər Seyidov tutduğu vəzifədən azad edilmişdir

08.10.2012

  Aparılmış xidməti yoxlama ilə Ağdaş rayon prokurorluğunda istintaq olunan konkret cinayət işi üzrə Cinayət-Prosessual qanunvericiliyin tələblərini pozmaqla hərtərəfli, tam və obyektiv istintaqın aparılmasını təmin etmədiyinə, süründürməçiliyə və Baş Prokurorluq üzrə müvafiq əmrlərin tələblərinin kobud  pozulması hallarına yol verdiyinə görə rayon prokuroru Mirələkbər Seyidov tutduğu vəzifədən azad edilmişdir.

     Belə ki, cari il aprelin 28-də Ağdaş rayon sakini Akif Əliyevin ölməsi faktına görə Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə başlanmış cinayət işi üzrə Baş prokurorun «Prokurorun ibtidai araşdırmaya prosessual rəhbərliyinin səmərəliyinin artırılması, istintaq və təhqiqat üzərində nəzarətin gücləndirilməsi və bu sahədə işin daha da təkmilləşdirilməsi haqqında» 10/70 â„–-li əmrinin tələbləri ciddi surətdə pozulmaqla hərtərəfli, tam və obyektiv istintaqın aparılması təmin edilməmişdir.

     Cinayət işi üzrə Baş Prokurorluq tərəfindən təxirəsalınmaz istintaq hərəkətlərinin həyata keçirilməsi və istintaq zamanı ortaya çıxacaq digər xüsusatların da tam, hərtərəfli, obyektiv araşdırılmasının təmin olunması və nəticəsindən asılı olaraq qanunamüvafiq qərarın qəbul edilməsi üçün yazılı göstəriş verilsə də cinayət işi yenidən Baş Prokurorluqda öyrənilərkən müəyyən edilmişdir ki, rayon prokuroru M.Seyidov tərəfindən Baş Prokurorluq üzrə müvafiq əmrin tələbləri pozulmaqla icraatında olan iş üzrə kobud süründürməçiliyə yol verilərək 76 gün ərzində iş üzrə hər hansı bir istintaq hərəkətləri aparılmamışdır.

 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.