Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluq təkzib edir

04.10.2012

 Vəkil Adil İsmayılov bəzi kütləvi informasiya vasitələrində hüquqa və obyektiv reallığa söykənməyən bəyanatlar verməklə ictimaiyyətin fikrini əsl həqiqətdən yayındırmağa çalışmışdır. Belə ki, Elşad Abdullayevin Azərbaycan Respublikasına gəldiyi təqdirdə şəxsi təhlükəsizliyinin təmin ediləcəyi ilə əlaqədar Baş Prokurorluğun təminatına münasibət bildirərkən ictimaiyyətin diqqətini vaxtilə mərhum Rafiq Tağıyevə də guya belə bir təminatın verilməsinə yönəltmişdir.

    A.İsmayılovun həqiqətdən uzaq həmin fikirlərini qəti şəkildə təkzib edərək bildiririk ki, "Sənət qəzeti"nin 1 noyabr 2006-cı il tarixli nömrəsində dərc edilmiş "Avropa və biz" adlı məqalədə dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərin törədilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə yazı müəllifi Rafiq Tağıyev təqsirləndirilən şəxs qismində cəlb edilməklə Səbail rayon məhkəməsinin 4 may 2007-ci il tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət işinin istintaqı zamanı R.Tağıyevin şəxsi təhlükəsizliyinin təmin edilməsi barədə istintaqa hər hansı müraciət daxil olmamış və Baş Prokurorluq tərəfindən bununla bağlı hər hansı bir prosessual tədbirlər görülməmişdir.

     Bundan başqa, 19 noyabr 2011-ci il tarixdə Rafiq Tağıyevin qəsdən öldürülməsi faktı üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə mərhumun ailə üzvlərinin müraciətləri əsasında onların yaşadıqları binanın və R.Tağıyevin dəfn olunduğu qəbirstanlığın ətrafında Daxili İşlər Nazirliyi tərəfindən təhlükəsizlik tədbirləri görülməsi təmin edilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.