Şriftin ölçüsü :

Saytın rəngi :

Dələduzluq yolu ilə vətəndaşın külli miqdarda pulunu ələ keçirmiş şəxslər barəsində cinayət işi başlanmışdır

31.07.2012

Astara rayon sakini Baxşıyev Şadoğlan Əkbər oğlunun ona qarşı dələduzluq edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş  müraciəti araşdırılmışdır.

     Müəyyən edilmişdir ki, Novruzov Oqtay Vəli oğlu tanışı Fərhadova Nisbət Ramazan qızı ilə qabaqcadan əlbir olub Ş.Baxşıyevdən oğlu Manaf Baxşıyevin barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə idarəsində istintaq edilən cinayət işinin müsbət həll olunacağı və məhkəmədə cəzasının yüngülləşdiriləcəyi adı ilə 2011-ci ilin avqust ayının ortalarından külli miqdar təşkil edən 60 min 100 manat məbləğində pulunu ələ keçirərək dələduzluq etmişlər.

     Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanmışdır.

     Hazırda iş üzrə istintaq davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.