Şriftin ölçüsü :
Saytın rəngi :
Bakı şəhər sakini Fətəliyeva Ülkər Hacıkişi qızının ona qarşı dələduzluq edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılmışdır.
Müəyyən edilmişdir ki, özünü vəkil kimi təqdim edən Bəşirov Emin Yusif oğlu Ülkər Fətəliyevanın keçmiş həyat yoldaşından mənzil və digər maddi ödənişləri məhkəmə yolu ilə alacağına köməklik göstərəcəyini vəd edərək ondan 1.000 manat məbləğində pul almaqla dələduzluq etmişdir.
Fakta görə Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı