Şriftin ölçüsü :

Saytın rəngi :

Təsisçilər

Azərbaycan Respublikası Baş Prokurorluğu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Dövlət Universiteti ilə birlikdə “Ətraf mühitin gücləndirilməsi: maarifləndirmə və hüquq mühafizə tədbirləri” (ECOLEAD) layihəsini həyata keçirir.

Belə ki, ətraf mühitin mühafizəsi sahəsində  fəaliyyət göstərən mütəxəssislərin əlaqələndirilməsi, bu sahələrdə mövcud təcrübəni bölüşməklə çoxmərtəbəli münasibətlərin səmərəli təşkil edilməsi və inkişafının təşviqi məqsədini daşıyan layihə Azərbaycan Respublikası Baş Prokurorluğu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Dövlət Universiteti arasında  24.06.2024-cü ildə Xankəndidə Anlaşma Memoranumun imzalanması ilə başlanılmıdır.

Layihənin davamı olaraq 16.08.2024-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində layihə üzrə "Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi" mövzusunda elmi-praktiki konfrans keçirilmiş, həmin konfransda Naxçıvan Dövlət Universiteti də ECOLEAD layihəsinə qoşulmuşdur.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.