Şriftin ölçüsü :

Saytın rəngi :

Cərimə parkı

Bu konsepsiya Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Baş Prokurorluğun  28.02.2024-cü il tarixdə təsdiq edilmiş Tədbirlər Planının 3-cü bəndinə əsasən hazırlanmışdır. Konsepsiya qanunvericiliyin tələblərini rəhbər tutaraq, mövcud praktika və imkanlara uyğunlaşdırılaraq sosial ədalət, cəmiyyət və ictimaiyyət qarşısında qurumların və fərdlərin sosial cavabdehlik prinsipinə uyğun tərtib olunur və həyata keçirilir. 

“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, yaşıllıqların salınması və bərpası üçün torpaq sahələri ayırmaq yaşıllıqların mühafizəsi sahəsində dövlətin əsas vəzifələrindən biri kimi müəyyən edilmişdir. Qanuna əsasən, yaşıllıqları əvvəlki yerində bərpa etmək mümkün olmadıqda, bərpa işləri yaşıllığın yerləşdiyi torpağın mülkiyyətçisinin öz ərazisindən və ya müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin başqa ərazidən ayırdığı torpaq sahəsində həyata keçirilir. Yaşıllıqların bərpası müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış ərazilərdə, yaşıllığı götürən fiziki və hüquqi şəxslərin özləri tərəfindən və ya onların vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, bələdiyyələr, fiziki və hüquqi şəxslər, qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikası Baş Prokurorluğunun Kollegiyasının 30 iyul 2020-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Baş prokurorunun 30 iyul 2020-ci il tarixli 10/82 nömrəli əmri ilə icraya yönəldilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun İşin Təşkili Qaydalarının 166.1-ci bəndinə əsasən Cinayət təqibindən kənar icraatlar idarəsi ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması, təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədilə ətraf mühitin ekoloji tarazlığının nizamlanması zamanı prokuror nəzarəti səlahiyyətlərindən intensiv istifadə edir və hüquq normalarının tətbiqində iştirak edir, bu sahədə tabe prokurorluqların müvafiq əməkdaşlarının fəaliyyətinə rəhbərlik edir.

Bu məqsədlə, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırılan ağacların qanunsuz kəsilməsi faktı ilə əlaqədar toplanmış materiallar üzrə cinayət təqibinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin müddəalarına müvafiq olaraq rədd edilərkən yaşıllıqların qanunsuz məhv edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, məhv edilmiş ağacların sayına uyğun sayda yaşıllıqların bərpası əsas götürülməli, ağac və kolları qanunsuz kəsmiş və ya götürmüş şəxslərə eyni sayda ağac və kolları natural formada ianə etmək təklif edilir. Qanun pozuntusuna yol vermiş təşkilatlar sosial cavabdehlik prinsipini rəhbər tutaraq könüllü şəkildə ağacları ianə edir.
İqlim şəraiti, əhalinin sıx məskunlaşması və s. amillər nəzərə alınmaqla yaşıllaşdırma üçün əsas ehtiyac sənayenin və insanların çoxluq təşkil etdiyi şəhər mühitində olduğundan, ianə edilmiş ağacların əsasən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərində əkilməsi həyata keçirilir. 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.