Şriftin ölçüsü :

Saytın rəngi :

Eduard Qriqoryanın şəxsiyyətini təsdiq edən sənədlər

    1959-cu il təvəllüdlü, əvvəllər 3 dəfə məhkum olunub cəmi 9 il 2 ay 13 gün azadlıqdan məhrumetmə cəzası çəkmiş, milliyyətcə erməni Eduard Robertoviç Qriqoryan Sumqayıtda baş vermiş kütləvi iğtişaşların əsas təşkilatçılarından və iştirakçılarından olmuşdur. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Dağlıq Qarabağdan olan emissarlar tərəfindən ətraflı təlimatlandırmış Qriqoryan Eduard Robertoviç özü kimi cinayət meylli qonşuları ilə ümumi dil tapmış, onlara spirtli içki və insanda aqressivlik yaradan xüsusi həblər paylamış, quldurluq və soyğunçuluq etmək üçün yaxşı fürsət yarandığını deyərək, onları öz arxasınca Qarabağa erməni iddialarına qarşı keçirilən dinc mitinqin keçirildiyi meydana aparmış, orada özünü Qafandan gəlmiş azərbaycanlı kimi təqdim edərək, mitinq iştirakçılarına ermənilərin guya Qafanda dinc azərbaycanlı əhalini qırdıqlarını, özlərinin isə bir maşın meyit gətirdiklərini deyərək ermənilərdən intiqam almağa çağırmış, onda ermənilərin siyahısı və ünvanlarının olduğunu bildirərək ona qoşulmuş 100 nəfərə yaxın yeniyetmə və müxtəlif cinayətkar ünsürləri cuşa gətirən "Qarabağ bizimdir!", "Erməniləri qırın!" kimi şüar və çağırışları ilə "Qarabağ" (komitəsi) və "Krunk" (cəmiyyəti) təşkilatlarına pul verməkdən imtina etmiş ermənilərin yaşadıqları mənzillərə istiqamətləndirmiş, talan və digər cinayətlərdə fəal iştirak etmiş və şəxsən 6 nəfər ermənini qətlə yetirmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.