Şriftin ölçüsü :

Saytın rəngi :

Xidməti araşdırmalar idarəsi

Qılıcov Kamal Sayad oğlu

Xidməti araşdırmalar idarəsinin rəisi
III dərəcəli dövlət ədliyyə müşaviri

Əlaqə telefonu:

(+994 12) 361-01-18

Ünvan:

Nigar Rəfibəyli küç. 7
Tarverdiyev Anar Şəmsəddin oğlu

Rəis müavini
baş ədliyyə müşaviri

Əlaqə telefonu:

(+994 12) 361-00-90

Ünvan:

Nigar Rəfibəyli küç. 7

Xidməti araşdırmalar idarəsi Azərbaycan Respublikası Baş Prokurorluğunun müstəqil struktur qurumudur.
İdarənin əsas vəzifə və funksiyalarına  prokurorluq işçiləri barədə icra və əmək intizamının, etik davranış, maraqlar toqquşmasının qarşısının alınması, şəffaflıq (korrupsiyaya qarşı mübarizə) qaydalarının pozulması ilə əlaqədar Baş prokurorun göstərişinə əsasən xidməti yoxlama və digər müvafiq hallarda araşdırmalar aparmaq, prokurorluq işçiləri tərəfindən hüquqpozmaların törədilməsi ilə əlaqədar daxil olmuş müraciətlərə, kütləvi və internet informasiya vasitələrində dərc olunmuş, eləcə də qanunvericilikdə nəzərdə tutulmuş qaydada əməliyyat yolu ilə əldə edilmiş məlumatlara baxmaq, xidməti yoxlamanın aparılması məsələsini qaldırmaq, prokurorluq işçiləri tərəfindən törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlara baxıb və nəticəsinə uyğun vəsatət vermək, dövlət və yerli özünüidarəetmə orqanları, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatları, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarına, fiziki, vəzifəli və hüquqi şəxslərə sorğular göndərib və onlardan məlumatlar, sənədlər və digər materialları tələb etmək, zərurət olduqda aidiyyəti əməliyyat qurumları, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsi və Əməliyyat təminatı şöbəsi ilə əlaqəli şəkildə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsini təmin etmək, prokurorluq işçilərinin xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması hadisələri ilə əlaqədar məsələlər ilə bağlı Baş prokuror tərəfindən təyin olunmuş yoxlamanı həyata keçirmək və s. daxildir.
 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.