Şriftin ölçüsü :

Saytın rəngi :

Kadrlar idarəsi

Hüseynov Natiq Əlabbas oğlu

Kadrlar idarəsinin rəisi
III dərəcəli dövlət ədliyyə müşaviri

Əlaqə telefonu:

(+994 12) 361-01-17

Ünvan:

Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi 7
Talibli Nigar Ağakişi qızı

Rəis müavini
ədliyyə müşaviri

Əlaqə telefonu:

(+994 12) 492-35-59

Ünvan:

Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi 7

İdarə Baş prokurorluğun Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi 7 ünvanında yerləşən inzibati binasında yerləşir.

Kadrlar idarəsi Azərbaycan Respublikası Baş Prokurorluğunun müstəqil struktur qurumudur.

İdarənin əsas vəzifə və funksiyalarına prokurorluqda kadrlarla aparılan işləri təşkil etmək, onu istiqamətləndirmək və bu işə nəzarəti həyata keçirmək, prokurorluq orqanlarında kadrlarla aparılan işi mütəmadi olaraq yoxlamaq və təhlil etmək, bu sahədə prokurorluğun ayrı-ayrı struktur qurumlarına əməli köməklik göstərmək, prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydalarına müvafiq olaraq işləri aparmaq, prokurorluğu lazımi peşəkarlıq və mənəvi keyfiyyətlərə malik olan işçilərlə komplektləşdirmək, vəzifədə irəli çəkilmək üçün kadr ehtiyatını formalaşdırmaq, səlahiyyətləri daxilində və müəyyən edilmiş qaydada işçilərin seçilib yerləşdirilməsi, attestasiyadan keçirilməsi, rütbələrin verilməsi, həvəsləndirmə və digər kadr məsələləri üzrə Azərbaycan Respublikasının Baş prokuroruna təkliflər vermək, struktur və ştat vahidlərinin sayının fəaliyyət istiqamətləri üzrə işin təşkilinə uyğunlaşdırılmasını təmin etmək, müvafiq əmr, göstəriş və sərəncam layihələri hazırlamaq, habelə onların icrasına nəzarət etmək, Baş Prokurorluğun digər struktur qurumları ilə birgə prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi meyarlarını hazırlamaq, kadr işinin istiqamətləri üzrə, o cümlədən vakant ştat vahidlərinin, tətbiq edilmiş həvəsləndirmə və intizam tənbehi tədbirlərinin uçotunu aparmaq və s. daxildir.
 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.