Şriftin ölçüsü :

Saytın rəngi :

Elm-Tədris Mərkəzi


Mərkəz Baş prokurorluğun Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 160 ünvanında yerləşən inzibati bina kompleksində yerləşir.

Elm-Tədris Mərkəzi Azərbaycan Respublikası Baş Prokurorluğunun müstəqil struktur qurumudur.
Mərkəzin əsas vəzifə və funksiyalarına  prokurorluq əməkdaşlarının nəzəri biliklərinin və peşə hazırlığının artırılması məqsədilə tədrisin təşkili funksiyasını həyata keçirmək , prokurorluğa işə qəbul olunanları zəruri peşə bilik və bacarıqlarının, həmçinin nəzəri biliklərinin və peşə hazırlıqlarının artırılması üçün müvafiq tədris kurslarına cəlb etmək, hüquq mühafizə orqanlarının və xarici tərəfdaşların əməkdaşlarının peşə hazırlığının artırılması üçün təlimlər təşkil etmək, xüsusi rütbə nəzərdə tutulmayan vəzifələrdə çalışan işçilərin peşə hazırlığının artırılması işini təşkil etmək, elmi-nəzəri və praktiki tədqiqatların aparılması funksiyasını həyata keçirmək, tədris-metodiki ədəbiyyatın nəşrini həyata keçirmək, prokurorluğun digər struktur və müstəqil qurumlarına metodiki ədəbiyyatın hazırlanmasında köməklik etmək, Elmi-Məsləhət Şurasının və Etik Davranış komissiyasının katibliyi funksiyalarını həyata keçirmək, dövri elmi-praktiki jurnalların dərc olunmasını təmin etmək və s. daxildir.
Mərkəz müəyyən olunmuş formada öz adını əks etdirən möhürə, ştamplara, blanklara malikdir.
 

Elm-Tədris Mərkəzinin vebsaytı

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.