Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi

Abbasov Mahir Fəxrəddin oğlu

Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi
III dərəcəli dövlət ədliyyə müşaviri

Əlaqə telefonu:

(+994 12) 361-15-00

Ünvan:

21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə
Yusifov Asim Ələddin oğlu

Rəis müavini
ədliyyə müşaviri

Əlaqə telefonu:

(+994 12) 361-15-02

Ünvan:

21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə

İdarə Baş prokurorluğun Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllədə yerləşən inzibati bina kompleksində yerləşir.

Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi Azərbaycan Respublikası Baş Prokurorluğunun müstəqil struktur qurumudur.
İdarənin əsas vəzifə və funksiyalarına  dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət və aidiyyəti qurumlarda ibtidai araşdırmaya prosessual rəhbərlik funksiyalarının həyata keçirilməsini təşkil etmək, tutulan və ya həbsə alınan şəxslərin qanunla müəyyən edilmiş saxlama müddətlərinə əməl edilməsinə nəzarət etmək, qanuni əsaslar olmadan və ya qanunla  müəyyən edilmiş müddətlərdən artıq saxlanılan şəxslərin müvəqqəti saxlama yerlərindən və istintaq təcridxanalarından dərhal azad olunması üçün zəruri tədbirlər görmək, cinayət törətmiş şəxslərin ifşa və cinayət məsuliyyətinə cəlb edilməsi, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədi ilə zəruri göstərişlərin verilməsini, qeyri-aşkar şəraitdə törədilmiş ağır və xüsusilə ağır cinayətlərin istintaqının təşkilində və yerinə yetirilməsi zəruri olan istintaq hərəkətlərinin aparılmasında əməli köməklik göstərilməsini təmin etmək, təhqiqat orqanı tərəfindən həyata keçirilən fəaliyyət prosesində törədilmiş və ya hazırlanan cinayətlərə dair ərizə və məlumatların qəbulu, qeydiyyatı və həll edilməsi və müvafiq tədbirlərin görülməsi zamanı qanunların düzgün icra və tətbiq olunmasına nəzarət etmək, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə və bu fəaliyyət nəticəsində qəbul edilmiş qərarların qanuniliyinə və əsaslılığına nəzarət etmək, qanunsuz və əsassız qərarların ləğv edilməsini və qanunsuz hərəkətlərə yol vermiş şəxslər haqqında qanuna müvafiq tədbirlər görülməsini təmin etmək və s. daxildir.

 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.