Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi Azərbaycan Respublikası Baş Prokurorluğunun müstəqil struktur qurumudur.
İdarənin əsas vəzifə və funksiyalarına daxili işlər orqanlarının müvafiq struktur qurumlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət və aidiyyəti istintaq qurumlarında ibtidai araşdırmaya prosessual rəhbərlik funksiyalarının həyata keçirilməsini təşkil etmək, tabe prokurorluqların bu sahədəki fəaliyyəti üzərində prokuror nəzarətini həyata keçirmək, prokurorluq sisteminə daxil olan qurumların daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət fəaliyyətini öyrənib ümumiləşdirmək və bu sahədə vahid təcrübəni formalaşdırmaq, daxili işlər orqanlarında törədilmiş və hazırlanan cinayətlər barədə daxil olmuş ərizə və məlumatların qəbulu, qeydə alınması, baxılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və barəsində prosessual məcburiyyət tədbiri seçilmiş şəxsin müvəqqəti saxlama yerlərində saxlanılması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi üzərində nəzarəti həyata keçirmək, aşkar edilmiş qanunsuzluqların aradan qaldırılması üçün tədbirlər görmək və s. daxildir.