Şriftin ölçüsü :

Saytın rəngi :

Cinayət təqibindən kənar icraatlar idarəsi

Musayev Elnur Novruz oğlu

Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi
III dərəcəli dövlət ədliyyə müşaviri

Əlaqə telefonu:

(+994 12) 361-14-50

Ünvan:

21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə
Əliyev Əsəd Sahib oğlu

Müavin
baş ədliyyə müşaviri

Əlaqə telefonu:

(+994 12) 492 30 28

Ünvan:

21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə

İdarə Baş prokurorluğun Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllədə yerləşən inzibati bina kompleksində yerləşir.

Cinayət təqibindən kənar icraatlar idarəsi Azərbaycan Respublikası Baş Prokurorluğunun müstəqil struktur qurumudur.
İdarənin əsas vəzifə və funksiyalarına  mülki və kommersiya  mübahisələrinə dair icraatda, inzibati xətalar haqqında, hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası, xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması, həmçinin cinayət təqibindən kənar digər icraatlarda prokurorluğun iştirakını təmin etmək, yetkinlik yaşına çatmayanların maraqlarının qorunması, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin hüquqi vasitələrlə təmin olunması sahəsində prokurorluğun fəaliyyətini əlaqələndirmək, prokurorluq sistemində cinayət təqibindən kənar icraatlar üzrə fəaliyyəti koordinasiya etmək, inzibati xəta haqqında işlər üzrə icraat zamanı tabe rayon (şəhər) prokurorluqlarının fəaliyyətində qanunların icrasına nəzarət etmək, amnistiya aktı ilə müəyyən edildiyi halda müvafiq orqanlar tərəfindən amnistiya tətbiq edilərkən qərarların razılaşdırılmasında, həmçinin, həmin orqanların müraciətlərinə əsasən amnistiyanın tətbiq edilməsi məsələsinə məhkəmədə baxılmasında, habelə əfv etmə və reabilitasiya barədə müraciətlər üzrə rəy və arayışların hazırlanmasında iştirak etmək, mülki hüquqi vasitələrlə cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi, xüsusi müsadirənin təmin olunması, ölkə daxilində və xaricində əmlakın bərpası məqsədilə Azərbaycan Respublikası və xarici ölkələrin məhkəmələrində iddia qaldırmaq, iddiaçı qismində iştirak etmək və s. daxildir.
 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.