Şriftin ölçüsü :
Saytın rəngi :
İdarə Baş prokurorluğun Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi 7 ünvanında yerləşən inzibati binasında yerləşir.
Beynəlxalq hüquqi əməkdaşlıq idarəsi Azərbaycan Respublikası Baş Prokurorluğunun müstəqil struktur qurumudur.
İdarənin əsas vəzifə və funksiyalarına xarici dövlətlərin prokurorluqları, hüquq mühafizə orqanları, digər dövlət qurumları, beynəlxalq təşkilatlar ilə beynəlxalq hüquqi əməkdaşlığı həyata keçirmək, qanunvericiliklə nəzərdə tutulmuş prosedurlara uyğun olaraq əməkdaşlıq sənədlərinin hazırlanmasında iştirak etmək, əməkdaşlıq memorandumlarının imzalanmasını təşkil etmək, prokurorluq orqanlarının səlahiyyətlərinə aid edilmiş ekstradisiya və cinayət işləri üzrə hüquqi yardım məsələlərinin əlaqələndirilməsini təmin etmək, hüquqi yardım və ekstradisiya haqqında sorğuların keyfiyyətinə nəzarət etmək, xaricə çıxarılmış əmlakın qaytarılması məqsədilə müvafiq tədbirlərin görülməsində iştirak etmək, beynəlxalq hüquqi əməkdaşlıq xarakterli məsələlərin həllində prokurorluqların fəaliyyətini əlaqələndirmək, onun qanunvericiliyin tələblərinə uyğun aparılmasını təmin etmək, beynəlxalq tədbirlərdə iştirak edib, bu tədbirlərin məqsədi, gedişi və nəticələri barədə analitik hesabatlar hazırlayaraq həmin hesabatlarda prokurorluq orqanlarının bu sahədə fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər tərəfindən və ya onlara qarşı ölkəmizin hüdudlarından kənarda cinayət hadisələri törədildiyi hallarda onların hüquqlarının hərtərəfli müdafiəsi və daxil olmuş məlumat üzrə araşdırmaların aparılması istiqamətində zəruri tədbirlərin görülməsini təmin etmək və s. daxildir.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı