Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsini şərh etmişdir
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2025-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, təqsirsizlik prezumpsiyası və qanunçuluq prinsiplərinin təmin edilməsinin, eləcə də cinayət tərkibini müəyyənləşdirən hüquq normalarının hüquqi müəyyənlik prinsipinin tələbinə cavab verməsinin zəruriliyindən irəli gələrək Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin qanunverici orqan tərəfindən təkmilləşdirilməsi məqsədəmüvafiqdir.
Həmin qərara əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin II hissəsinin, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 23.4 və 24-cü maddələrinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 3 və 5-ci maddələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının tərəfdar çıxdığı və cinayət tərkibini müəyyənləşdirən beynəlxalq müqavilələr yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavə və ya dəyişikliklərin edilməsi ilə bağlı müvafiq qanunların qəbul edilməsi vasitəsilə tətbiq oluna bilər.
Azərbaycan Respublikası Konstitusiyanın 63-cü maddəsinin I hissəsinə, qanunçuluq və hüquqi müəyyənlik prinsiplərinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsi ilə publik maraqların qorunduğu nəzərə alınaraq həmin maddədə nəzərdə tutulmuş vəzifəli şəxslərin dairəsinin müəyyənləşdirilməsi (differensiasiyası) Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı