Şriftin ölçüsü :

Saytın rəngi :

Eduard Qriqoryan və qeyriləri barəsində olan cinayət işinin hissəvi əlavə istintaqa qaytarılması barədə Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 22 dekabr 1989-cu il tarixli qərarından çıxarışlar

  "Beləliklə göründüyü kimi bu yuxarıda sadalanan ittihamlar barədə hazırki vəziyyətdə heç bir hökm, nə ittihamedici və nə də bəraətverici hökm çıxarıla bilməz, əgər çıxarılsa belə gələcəkdə qüvvədə qala bilməz. Ona görə ki istintaq zamanı bu barədə Azərbaycan SSR CM-nin 19-cu maddəsinin tələbatı pozulmuş, işin halları hərtərəfli, tam və obyektiv istintaq edilməmişdir.

      Bununla yanaşı istintaq orqanı bu barədə istintaqı birtərəfli və yarımçıq apararaq bu hadisələrin təşkilatçılarını müəyyən etməyə səy göstərməmişdir. Baxmayaraq ki, bu barədə istintaq zamanı müttəhimlər N.S.Səfərov, Q.Q.Məmmədov, E.Ə.Gəncəliyev və qeyriləri verdikləri ifadələrində və sərbəst yazdıqları ərizələrində müttəhim Eduard Qriqoryanın hadisədən əvvəl onlara dərman paylamasını, sonra ermənilərin yaşadıqları ünvan yazılmış kağız çıxarmasını və həmin kağızda yazılmış ünvanlara aparıb, mənzilləri dağıtmasını göstərmişlər. Bunu müttəhim N.S.Səfərov məhkəmədə də bir daha təsdiq etdi. Lakin istintaq zamanı nədənsə buna əhəmiyyət verilməmişdir. Ona görə də əlavə istintaq zamanı lazım gəlir bu hal geniş və obyektiv istintaq edilib dəqiq nəticəyə gəlinsin.

      Ona görə də bu göstərilənlər barədə ətraflı, obyektiv istintaq aparılmalı və nəticəsindən asılı olaraq həll edilməlidir."

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.